7–11 yanvar tarixlərində Bakı İdman Sarayında keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı uğurla tamamlanıb. AHİİTA-nın idmançıları fərqlənərək turniri 5 medal (2 gümüş, 3 bürünc) ilə başa vurublar.
Yunan-Roma güləşi:
-
67 kq – Murad Əliyev (Məşqçi-müəllim: Fuad Aydınlı) – bürünc medal
-
87 kq – Abdullah Həsənov (Məşqçi-müəllim: Fuad Aydınlı) – bürünc medal
Sərbəst güləş:
-
65 kq – Musa Ağayev (Məşqçi-müəllim: Araz Süleymanov) – gümüş medal
-
70 kq – Ramik Heybətov (Məşqçi-müəllim: Araz Süleymanov) – gümüş medal
-
70 kq – Mircavad Nəbiyev (Məşqçi-müəllim: Elvin Aslanov) – bürünc medal
İdmançılarımızı təbrik edir, onların uğurlarında əməyi olan məşqçilərə təşəkkürümüzü bildiririk.





















