AHIITA
Avropada tarix yazan güləşçilərimiz Vətənə qayıtdı

Avropada tarix yazan güləşçilərimiz Vətənə qayıtdı

93iyul 10, 2026

U20 Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yunan-Roma güləşçiləri Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə qarşılanıblar.

Qarşılanma mərasimində assosiasiyanın nümayəndələri və məşqçi-müəllimlər iştirak edərək idmançılarımızı qazandıqları möhtəşəm nəticə münasibətilə təbrik ediblər.

Qeyd edək ki, güləşçilərimiz Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U20 Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanıblar.

İdmançılarımızı və məşqçi-müəllimlərimizi bir daha təbrik edirik.

 


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər