AHIITA
Əli Nəzərov III MDB Oyunlarının qızıl medalını qazandı

Əli Nəzərov III MDB Oyunlarının qızıl medalını qazandı

44October 8, 2025

Son dünya çempionu və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təmsilçisi Əli Nəzərov (60 kq) növbəti dəfə böyük uğura imza atıb.

III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi yarışlarında Əli Nəzərov final görüşündə rəqibini məğlub edərək qızıl medal qazanıb. Bu qələbə onun yüksək hazırlığının, mübarizə əzminin və gənc yaşda qazandığı təcrübənin növbəti göstəricisidir.

Əli Nəzərovun uğurlarında onun şəxsi məşqçi-müəllimi Azər Hüseynovun da böyük payı var. AHİİTA-nın idmançısı beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək, Azərbaycan güləş məktəbinin gücünü bir daha təsdiqləyib.

Bu nailiyyət həm AHİİTA-nın, həm də ümumilikdə Azərbaycan idmanının uğurlu inkişaf istiqamətində olduğunu bir daha nümayiş etdirir.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3

Əlaqəli xəbərlər