Astara Olimpiya İdman Kompleksində keçirilən U-17 ölkə birinciliyinin üçüncü günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. AHİİTA-nın güləşçiləri bu çətin yarış günündə yüksək nəticə göstərərək fərqləniblər.
60 kiloqram çəki dərəcəsində AHİİTA-nın idmançısı Əli Nəzərov bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.
Eyni çəki dərəcəsində Qabil Bəşirov bürünc medal qazanıb.
92 kiloqram çəki dərəcəsində Amin Nəsibov da bürünc medal əldə edərək AHİİTA-nın uğuruna öz töhfəsini verib.

















