İyulun 28-dən avqustun 3-dək, Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında Azərbaycan Həmkarlar Ittifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yunan-Roma güləşi üzrə təmsilçisi Əli Nəzərov (60 kq) möhtəşəm çıxışı ilə dünya çempionu adını qazandı! Final görüşündə Əli, Qırğızıstan təmsilçisi Amangəldi Ysakbayevə qarşı inamlı mübarizə apararaq 6:1 hesablı qələbə ilə U-17 mundialında Azərbaycan millisinin ilk qızıl medalını qazandırdı. Əli Nəzərovun şəxsi məşqçi-müəllimi Azər Hüseynova bu uğurda göstərdiyi dəstəyə və zəhmətə görə xüsusi təşəkkürümüzü bildiririk. Əzmini, zəhmətini və peşəkarlığını dünya səviyyəsində sübut edən Əli Nəzərovu təbrik edir, gələcək yarışlarda da yeni-yeni zirvələr arzulayırıq!
- Ana səhifə
- Xəbərlər
- U-17 dünya çempionatında ilk qızıl AHİİTA güləşçisindən gəldi

U-17 dünya çempionatında ilk qızıl AHİİTA güləşçisindən gəldi
30July 31, 2025