Paylaşılıb: September 22, 2025 12:39Millimiz dünya ikincisi oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya
çempionatına yekun vurulub.
Mötəbər yarışda 1 qızıl,1 gümüş və 2 bürünc medal qazanan
yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub
İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.
Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi
Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun
rəhbərliyi altında Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş,
Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb.
Ətraflı