AHIITA
AHİİTA idmançıları “Marmara Cup” beynəlxalq turnirində medal qazandılar

AHİİTA idmançıları “Marmara Cup” beynəlxalq turnirində medal qazandılar

8September 1, 2025

Türkiyədə keçirilən “Marmara Cup” beynəlxalq turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) karateçiləri uğurlu nəticələrə imza atıblar.

Turnirdə fərqlənən idmançılarımız:

• Nuran Rzazadə (-67 kq) – qızıl medal

• Mədinə Sadıqova (-55 kq) – gümüş medal

• Fatimə Cəbrayılova (-50 kq) – bürünc medal

Onların beynəlxalq arenada qazandıqları bu nailiyyətlərdə şəxsi məşqçiləri, Əməkdar məşqçi Seymur Xudavediyevin əməyi xüsusi qeyd olunmalıdır.

Qeyd edək ki, yarışda 28 ölkədən 2000-ə yaxın karateçi mübarizə aparıb. AHİİTA idmançılarının göstərdiyi nəticələr həm milli komandanın ümumi uğuruna töhfə vermiş, həm də qarşıdan gələn MDB oyunlarına hazırlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

AHİİTA olaraq idmançılarımızı və onların uğurlarında böyük payı olan məşqçilərimizi səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda da yeni nailiyyətlər arzulayırıq!


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər