AHIITA
III MDB Oyunlarında karatedə növbəti uğur

III MDB Oyunlarında karatedə növbəti uğur

31October 6, 2025

III MDB Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları yüksək nəticələr göstərərək medallar qazanıblar.

Yarışlarda Asiman Qurbanlı +84 kq çəki dərəcəsində gümüş medal, Rəşid Süleymanov isə 75 kq çəki dərəcəsində bürünc medal əldə edib.

Bu uğurlar idmançılarımızın beynəlxalq arenada güclü rəqiblər qarşısında yüksək peşəkarlıq və dözümlülük nümayiş etdirməsinin nəticəsidir. Nailiyyətlərin qazanılmasında şəxsi məşqçi-müəllim, Əməkdar Məşqçi Seymur Xudaverdiyev və Azərbaycan karate yığmasının böyük məşqçisi, Əməkdar Məşqçi Rəşad Hüseynovun da əməyi xüsusi qeyd olunmalıdır.

Qazanılan bu nəticələr Azərbaycan karate idmanının inkişaf səviyyəsini və idmançılarımızın beynəlxalq yarışlara hazırlıq səviyyəsini bir daha ortaya qoyur.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər