Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək idman karatesi (WKF) üzrə milli komandamız hazırda Qusar rayonunda təlim-məşq toplanışını davam etdirir.
Təlim-məşq toplanışları çərçivəsində milli komandamızın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Qeyd edək ki, MDB Oyunlarında karatedə ölkəmizi təmsil edəcək milli komandanın heyətində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları da mübarizə aparacaq:
Sadıqova Mədinə – 55 kq
Cəbrayılova Fatimə – 50 kq
Süleymanov Rəşid – 75 kq
Rzazadə Nuran – 67 kq
Qurbanlı Asiman – +84 kq
Azərbaycan Karate Federasiyasının rəhbərliyi və yığmanın böyük məşqçisi Rəşad Hüseynov idmançılarımızın hazırlıq səviyyəsindən razılıq ifadə edib və MDB Oyunlarında uğurlu nəticələr qazanacaqlarına inandıqlarını bildirib.










