AHIITA
Mədinə Sadıqova – Karate üzrə Dünya Çempionatına Lisenziya Qazanıb

Mədinə Sadıqova – Karate üzrə Dünya Çempionatına Lisenziya Qazanıb

21October 20, 2025

17–19 oktyabr 2025-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilmiş karate üzrə dünya çempionatına seçim mərhələlərində Azərbaycanı uğurla təmsil edən AHİİTA-nın perspektivli idmançısı Mədinə Sadıqova (-55 kq çəki dərəcəsi) yüksək nəticə göstərərək Dünya Çempionatına lisenziya qazanıb!

Mədinə Sadıqovanın bu uğuru, ölkəmizin karate sahəsində davamlı inkişafının və gənc idmançılarımızın beynəlxalq arenada güclü rəqabətə hazır olduğunun göstəricisidir.

Qeyd edək ki, Karate üzrə Dünya Çempionatı 27–30 noyabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək. Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü karateçilər iştirak edəcək və Azərbaycan bu nüfuzlu idman tədbirində layiqincə təmsil olunacaq.

Gənc idmançımız Mədinə Sadıqovanı və onun şəxsi-məşqçi müəllimi, Əməkdar məşqçi Seymur Xudaverdiyevi bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, qarşıdan gələn dünya çempionatında uğurlar arzulayırıq!


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər