30-31 yanvar Sərhədçi İdman Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri uğurla başa çatıb.
Beynəlxalq turnirdə 12 ölkədən 1200-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparıb. Yarışlar yüksək səviyyəli təşkilatçılıqla, maraqlı və gərgin qarşılaşmalar şəraitində keçib.
1 fevral tarixində keçirilən uşaqlar arasında ölkədaxili turnir isə gənc idmançıların bacarıqlarının üzə çıxarılması və onların gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu mötəbər turnirdə AHİİTA-nın karateçiləri də uğurla çıxış edərək mükafatçılar sırasında yer alıblar.
Qızıl medal qazananlar:
• Cavidan Məmmədov (+30 kq)
• Fatimə Cəbrayılova (-50 kq)
• Günay Ramazanova (-61 kq)
Gümüş medal qazananlar:
• Bəxtiyar Musayev (-57 kq)
• Rəsul Qasımov (-60 kq)
• Nəsimi Musayev (-76 kq)
Bürünc medal qazananlar:
• Cahid Atayev (32 kq)
• Nuray Bayramlı (-55 kq)
• Gülşən Ramazanova (-59 kq)
Bu uğurların əldə olunmasında idmançılarımızın hazırlığında böyük zəhməti olan əməkdar məşqçilər Rəşad Hüseynov və Seymur Xudaverdiyevin əməyi xüsusilə qeyd olunmalıdır. Qazanılan nəticələr onların yüksək peşəkarlığının və illərin zəhmətinin bariz nümunəsidir. İdmançılarımızı və məşqçi-müəllimlərimizi bu möhtəşəm uğurlar münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq.















