MDB Oyunlarında karate üzrə keçirilən yarışlarda Azərbaycanı təmsil edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları ölkəmizi növbəti dəfə qürurlandırıblar. Gənc karateçilərimiz yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək iki qızıl medal qazanıblar!
Qeyd edək ki, bu uğura Mədinə Sadıqova 55 kq çəki dərəcəsində, Nuran Rzazadə isə 67 kq çəki dərəcəsində birinci yerə çıxmaqla imza atıblar.
Bu qələbələrin qazanılmasında idmançılarımızın şəxsi məşqçi-müəllimi, Əməkdar Məşqçi Seymur Xudaverdiyev və böyüklərdən ibarət Azərbaycan karate yığmasının böyük məşqçisi, Əməkdar Məşqçi Rəşad Hüseynovun da əvəzsiz rolu olub.
Bu nailiyyət yalnız AHİİTA-nın və məşqçi heyətinin peşəkar fəaliyyətinin nəticəsi deyil, eyni zamanda Azərbaycan karate idmanının beynəlxalq arenada nüfuzunun artmasının bariz göstəricisidir. Gənclərimizin uğurları ölkəmizin idman sahəsindəki inkişafına güclü təkan verir.
















