Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı Mədinə Sadıqova VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışı ilə ölkəmizi və həmkarlar ailəsini qürurlandırıb.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız pakistanlı rəqibini 7:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Bu nəticə onun yüksək hazırlığının və əzmkarlığının bariz göstəricisidir.
Mədinə Sadıqovanın uğurlu çıxışında onun şəxsi məşqçisi, Əməkdar məşqçi Seymur Xudaverdiyevin böyük əməyi olmuşdur. AHİİTA kollektivi həm idmançımızı, həm də məşqçisini səmimi qəlbdən təbrik edir və gələcək yarışlarda daha böyük qələbələr arzulayır.













