Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan yığmasının tərkibində çıxış edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) üzvləri — Rəsulov Mehran (75 kq) və Ağakişiyev Yusif (80 kq) final döyüşlərində müvafiq olaraq Serbiya və Ukrayna təmsilçilərinə qalib gələrək qızıl medal qazanıblar.
Bu möhtəşəm nəticə ilə onlar Azərbaycan boksunu və AHİİTA ailəsini beynəlxalq arenada uğurla təmsil ediblər!














