Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idman zalında Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nərimanov rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə boks üzrə ustad dərsləri keçirilib.
AHİİTA-nın məşqçi-müəllimləri, Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” Vüqar Məmmədov və Ruslan Rzaquliyev tərəfindən keçirilən ustad dərslərində iştirakçılara boks idman növünün xüsusiyyətləri nümayiş etdirilib.
Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında boksa marağı artırmaq, bədən tərbiyəsini və sağlam həyat tərzini təbliğ etmək, eləcə də boks idman növünün inkişafına dəstək vermək olub.





















