AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • BOKS ÜZRƏ KADETLƏR ARASINDA ZONA BİRİNCİLİKLƏRİNİN FİNAL MƏRHƏLƏSİ BAŞA ÇATDI!
BOKS ÜZRƏ KADETLƏR ARASINDA ZONA BİRİNCİLİKLƏRİNİN FİNAL MƏRHƏLƏSİ BAŞA ÇATDI!

BOKS ÜZRƏ KADETLƏR ARASINDA ZONA BİRİNCİLİKLƏRİNİN FİNAL MƏRHƏLƏSİ BAŞA ÇATDI!

81iyul 15, 2025

Boks üzrə kadetlər arasında keçirilən zona birinciliklərinin final mərhələsi uğurla yekunlaşıb. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 50 komandanın tərkibində ümumilikdə 153 idmançı mübarizə aparıb.

Beş gün davam edən gərgin mübarizənin sonunda 17 çəki dərəcəsi üzrə qaliblər və mükafatçılar müəyyən edilib. Komanda hesabında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) 2 qızıl və 1 bürünc medal qazanaraq ümumi sıralamada üçüncü yeri tutub.

AHİİTA komandasının üzvləri yarışda aşağıdakı nəticələrlə yadda qalıblar:

  • Rəsulov Mehran – 75 kq çəki dərəcəsində qızıl medal

  • Ağakisiyev Yusif – 80 kq çəki dərəcəsində qızıl medal

  • Abdullazadə Raul – 70 kq çəki dərəcəsində bürünc medal

Komandaya Respublikanın Əməkdar Məşqçi-Müəllimi Rüstəmov Ceyhun rəhbərlik edib. Onun rəhbərliyi və idmançıların əzmkarlığı sayəsində AHİİTA mötəbər turnirdə yüksək nəticə göstərərək diqqət çəkib.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3

Əlaqəli xəbərlər