Şamaxı Olimpiya Mərkəzində keçirilən yarışda müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Turnirdə 57 komandanın 159 boksçusu mübarizə aparıb.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boksçuları yarışı 4 bürünc medal ilə başa vurublar.
- Zülfüqar İsayev (42 kq) — məşqçi-müəllim Ruslan Rzaquliyev
- Ramin Ələsgərov (46 kq) — məşqçi-müəllim Ruslan Rzaquliyev
- Camal Ələkbərov (60 kq) — məşqçi-müəllim Əməkdar məşqçi Ceyhun Rüstəmov
- Uğur Əliyev (66 kq) — məşqçi-müəllim Ruslan Rzaquliyev
İdmançılarımızı və məşqçilərimizi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.















