III MDB Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı Əli Ruşanov uğurlu çıxışı ilə fərqlənərək 46 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Bu nəticə gənc idmançımızın böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirməsinin bariz göstəricisidir. Onun bu nailiyyətində şəxsi məşqçi-müəllimi, Əməkdar Məşqçi Vüqar Məmmədovun da rolu xüsusi vurğulanmalıdır.
Əldə olunan bu medal təkcə fərdi uğur deyil, eyni zamanda Azərbaycan boksunun beynəlxalq arenadakı mövqeyinin möhkəmləndiyini bir daha təsdiq edir.












