AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

312yanvar 22, 2026

Tədbir iştirakçı komandaların paradı ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov ölkə boksunda son illər əldə olunan mühüm nailiyyətlərdən danışıb. O, 19 yaşlı Sübhan Məmmədovun dünya çempionu adını qazanaraq tarix yazdığını vurğulayıb və bildirib ki, bu çempionat Los-Anceles–2028 Yay Olimpiya Oyunları üçün seçim mərhələsinin başlanğıcıdır. Məqsəd güclü milli komandanın formalaşdırılması və Azərbaycan boksunun beynəlxalq arenada uğurlarının davam etdirilməsidir.

S.Hüseynov həmçinin boks infrastrukturu sahəsində görülən işlərə toxunaraq, regionlarda — xüsusilə Gəncə və Naxçıvan şəhərlərində bu istiqamətdə ciddi addımların atılacağını qeyd edib.

Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) ABF-yə dəvət üçün təşəkkür edərək, yarışın yüksək səviyyədə və ədalətli keçirilməsi üçün çalışacaqlarını bildirib.

Mərasimdən sonra Azərbaycan çempionatı rəsmi olaraq açıq elan olunub.

Boks Mərkəzində keçirilən çempionatda ölkənin müxtəlif şəhər və rayonlarını, idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını (AHİİTA) təmsil edən boksçular da iştirak edir. 

Döyüşlər yerli hakimlərlə yanaşı, xarici referilər tərəfindən də idarə olunur.

Çempionatın qaliblərinin adları 28 yanvar tarixində bəlli olacaq.

Uğurlar bütün iştirakçılara!


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6

Əlaqəli xəbərlər