AHIITA
Professor Ağacan Abiyevin şərəfinə boks turniri yekunlaşıb

Professor Ağacan Abiyevin şərəfinə boks turniri yekunlaşıb

310dekabr 23, 2025

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən, professor Ağacan Abiyevin şərəfinə həsr olunmuş boks üzrə turnir 19 dekabr 2025-ci il tarixində Bakı şəhərində final mərhələsi ilə başa çatıb.

Turnirdə 17 çəki dərəcəsi üzrə maraqlı və gərgin qarşılaşmalar baş tutub. Yarış Azərbaycan boksunun inkişafına və gənc idmançıların formalaşmasına mühüm töhfə verib.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını (AHİİTA) təmsil edən idmançıların nəticələri:

• Mir Mustafa Kazımzadə – 40 kq, III yer (Məşqçi: Əməkdar məşqçi Vüqar Məmmədov)

• Tunar Hüseynov – 46 kq, III yer (Məşqçi: Ruslan Rzaquliyev)

• Məhəmməd Məcidli – 50 kq, III yer (Məşqçi: Əməkdar məşqçi Ceyhun Rüstəmov)

• Uğur Əliyev – 70 kq, III yer (Məşqçi: Ruslan Rzaquliyev)

Qalib və mükafatçılar diplom, medal və hədiyyələrlə təltif olunublar. Ən çox birinci yer qazanan komandalar isə kubokla mükafatlandırılıb.

AHİİTA olaraq idmançılarımızı və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər