Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) Türkiyənin Alanya şəhərində keçirilən “Turan Cup” beynəlxalq boks turnirində uğurlu nəticə göstərib.
10–13 iyun tarixlərində məktəblilər arasında təşkil olunan yarışda AHİİTA-nın təmsilçiləri 3 qızıl medal qazanaraq ölkəmizi və təşkilatı yüksək səviyyədə təmsil ediblər.
Qaliblər:
-
Nuran Yusifli – 46 kq
-
Abbas Məmmədli – 48 kq
-
Mehran Rəsulov – 75 kq













