AHIITA
Boksçumuz Mehran Rəsulov Avropa çempionu olub

Boksçumuz Mehran Rəsulov Avropa çempionu olub

11287oktyabr 27, 2025

Monteneqronun Budva şəhərində keçirilən Boks üzrə U-15 Avropa Çempionatında idmançımız Mehran Rəsulov böyük uğura imza atıb. 80 kq çəki dərəcəsində çıxış edən Mehran Rəsulov final görüşündə Ukrayna təmsilçisi Serqiy Kotovski üzərində inamlı qələbə qazanaraq Avropa çempionu tituluna layiq görülüb və qızıl medal əldə edib.

Yarışda digər təmsilçimiz Yusif Ağakişiyev (75 kq) də uğurlu çıxışı ilə fərqlənib və gərgin mübarizənin sonunda gümüş medal qazanıb.

İdmançılarımızın bu uğurunda onların peşəkar hazırlığına böyük töhfə verən Əməkdar məşqçi Ceyhun Rüstəmovun əməyi xüsusilə qeyd olunmalıdır.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər