AHIITA
Gələcəyin çempionlarından parlaq çıxış

Gələcəyin çempionlarından parlaq çıxış

87sentyabr 8, 2026

31 avqust – 4 sentyabr tarixlərində kadet boksçular (U-15) arasında Azərbaycan kuboku keçirilib. Yarışda 39 komandanın 97 idmançısı mübarizə aparıb.

4 gün davam edən turnirin sonunda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boksçuları uğurlu nəticələrə imza atıblar.

Uğur Əliyev — 70 kq çəki dərəcəsində II yer
Zülfüqar İsayev — 44 kq çəki dərəcəsində III yer

Bu münasibətlə idmançılarımızı və onların şəxsi məşqçi-müəllimi Ruslan Rzaquliyevi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

Xatırladaq ki, qaliblər oktyabrda Türkiyənin Trabzon şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında Azərbaycan millisinin heyətində yer alacaqlar.


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər