Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Sırxan Məmmədovun rəhbərliyi ilə həyata keçirilən #PamirExpedition2025 layihəsi uğurla davam edir.
Bu möhtəşəm ekspedisiyanın məqsədi Qırğızıstanın Pamir dağ silsiləsində yerləşən Lenin zirvəsi (7134 m)-ni fəth etməkdir. Ekspedisiya çərçivəsində akklimatizasiya proqramının ilk iki mərhələsi müvəffəqiyyətlə başa çatıb:
🔺 1-ci mərhələdə iştirakçılar 4000 metrdən yüksək iki ayrı zirvəyə texniki çıxış edərək bədənin yüksəkliyə uyğunlaşmasını təmin ediblər.
🔺 2-ci mərhələdə isə 4400 metrdə yerləşən 1-ci düşərgəyə yürüş baş tutub və Yuxin zirvəsinə (5130 m) uğurlu akklimatizasiya çıxışı həyata keçirilib.
Bu akklimatizasiya mərhələləri ekspedisiyanın təhlükəsiz və planlı şəkildə davam etməsi üçün əsas rol oynayır. Bədənin yüksəkliyə uyğunlaşması və fiziki hazırlıq zirvəyə doğru təhlükəsiz yüksəlişin zəmanətidir.
Ekspedisiya peşəkar yanaşma və yüksək səviyyəli hazırlıqla planlaşdırıldığı kimi davam edir. Zirvəyə aparan yol asan olmasa da, Sırxan Məmmədov və onun komandası qətiyyət, iradə və təcrübə ilə qarşıdakı çətinliklərin öhdəsindən gəlməyə hazırdır.
💪 Bütün iştirakçılara və Sırxan müəllimə uğurlar arzulayırıq! Azərbaycanın bayrağını 7134 metr yüksəklikdə dalğalandırmaq üçün addımlar atılır!