09–10 iyul tarixlərində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Şirxan Məmmədovun rəhbərliyi ilə 4 nəfərlik qrup ölkəmizin ən yüksək nöqtəsi — 4 466 metr hündürlüyə malik Bazardüzü zirvəsinə uğurlu yürüş həyata keçirib.
Çətin və dumanlı hava şəraitinə baxmayaraq, yürüş təhlükəsizlik qaydalarına tam əməl olunaraq başa çatıb və iştirakçıların hər biri zirvəyə qalxmağa nail olub.
Növbəti hədəf daha da yüksəkdir. 12 iyul tarixində Şirxan Məmmədov Qırğızıstanın Pamir dağ silsiləsində yerləşən 7 134 metr hündürlüyündəki Lenin zirvəsinə yürüş üçün yola düşür.