AHIITA
İradənin gücü İlham zirvəsində

İradənin gücü İlham zirvəsində

73oktyabr 19, 2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Sırxan Məmmədov İlham zirvəsini fəth edib.

Dəniz səviyyəsindən 4042 metr yüksəklikdə yerləşən İlham zirvəsi Böyük Qafqaz dağ silsiləsinin Şahdağ massivində yerləşir. Zirvə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə adlandırılıb.

Belə yüksəkliklərin fəthi alpinistdən fiziki hazırlıq, dözümlülük, iradə və peşəkarlıq tələb edir. Sırxan Məmmədovun bu uğuru əzmkarlığın və idmana bağlılığın bariz nümunəsidir.

AHİİTA kollektivi adından Sırxan Məmmədovu bu nailiyyət münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar və fəth ediləcək yeni zirvələr arzulayırıq!

İdman et, sağlam yaşa!


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər