AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • “İgidlərin izi ilə” – Zəfərimizin 5 illiyinə həsr olunmuş möhtəşəm turnir Şuşada keçirildi
“İgidlərin izi ilə” – Zəfərimizin 5 illiyinə həsr olunmuş möhtəşəm turnir Şuşada keçirildi

“İgidlərin izi ilə” – Zəfərimizin 5 illiyinə həsr olunmuş möhtəşəm turnir Şuşada keçirildi

44October 8, 2025

5 illik Zəfər Günü münasibətilə təşkil olunan “İgidlərin izi ilə” adlı qayaya dırmanma turniri 4–5 oktyabr tarixlərində Şuşa şəhərində keçirilib. İki gün davam edən tədbir iştirakçılara həm idman mübarizəsi, həm də vətənpərvərlik ruhu yaşadıb.

Turnirin proqramı:

• 1-ci gün: İştirakçılar Muxtar kəndindən Cıdır Düzünə qədər yürüş edərək igidlərimizin keçdiyi şərəfli yollarla tanış olublar.

• 2-ci gün: Cıdır Düzündə təşkil olunan qayaya dırmanma yarışı gərgin və maraqlı mübarizəyə səhnə olub.

Yarışın sonunda qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.

Bu turnir yalnız idman tədbiri deyil, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə ehtiram, Zəfər tariximizin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Faiq Mursaqulovun rəhbərliyi altında idmançılar da bu möhtəşəm tədbirdə fəal iştirak ediblər.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7

Əlaqəli xəbərlər

“Qəbələ – İdman Paytaxtı 2025” çərçivəsində Qazan şəlaləsinə uğurlu hiking yürüşü!
Paylaşılıb: July 21, 2025 10:34

“Qəbələ – İdman Paytaxtı 2025” çərçivəsində Qazan şəlaləsinə uğurlu hiking yürüşü!

19 iyul 2025-ci il tarixində “Qəbələ – İdman Paytaxtı 2025” layihəsi çərçivəsində Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunun Vəndam kəndində yerləşən Qazan şəlaləsinə hiking (piyada yürüş) həyata keçirilib.

Tədbirin əsas məqsədi sağlam həyat tərzini təşviq etmək, ekoloji şüuru artırmaq və regionun təbii gözəlliklərini tanıtmaq olub. Vəndam kəndindən başlayan marşrut meşəlik və dağlıq əraziləri əhatə edərək təxminən 6 kilometr məsafəni qət edib. Çətinliyi orta səviyyədə qiymətləndirilən yürüş zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimləri Faiq Mursaqulov və Etibar Məmmədov, eləcə də AHİİTA-nın üzvləri yürüşdə fəal iştirak edərək öz peşəkarlıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, çətin relyefə malik bu marşrutu ilk dəfə uğurla keçən qrup məhz AHİİTA komandası olub! Yürüş boyunca iştirakçılar təbiətə hörmətli yanaşma və ekoloji davranış qaydaları barədə məlumatlandırılıb. Təcrübəli bələdçilərin müşayiəti ilə həyata keçirilən bu layihə regionun idman və ekoturizm potensialının inkişafına dəyərli töhfədir.

Ətraflı
7134 metrə aparan yol: Akklimatizasiya mərhələləri uğurla tamamlanır
Paylaşılıb: July 21, 2025 05:31

7134 metrə aparan yol: Akklimatizasiya mərhələləri uğurla tamamlanır

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Sırxan Məmmədovun rəhbərliyi ilə həyata keçirilən #PamirExpedition2025 layihəsi uğurla davam edir.

Bu möhtəşəm ekspedisiyanın məqsədi Qırğızıstanın Pamir dağ silsiləsində yerləşən Lenin zirvəsi (7134 m)-ni fəth etməkdir. Ekspedisiya çərçivəsində akklimatizasiya proqramının ilk iki mərhələsi müvəffəqiyyətlə başa çatıb:

🔺 1-ci mərhələdə iştirakçılar 4000 metrdən yüksək iki ayrı zirvəyə texniki çıxış edərək bədənin yüksəkliyə uyğunlaşmasını təmin ediblər.
🔺 2-ci mərhələdə isə 4400 metrdə yerləşən 1-ci düşərgəyə yürüş baş tutub və Yuxin zirvəsinə (5130 m) uğurlu akklimatizasiya çıxışı həyata keçirilib.

Bu akklimatizasiya mərhələləri ekspedisiyanın təhlükəsiz və planlı şəkildə davam etməsi üçün əsas rol oynayır. Bədənin yüksəkliyə uyğunlaşması və fiziki hazırlıq zirvəyə doğru təhlükəsiz yüksəlişin zəmanətidir.

Ekspedisiya peşəkar yanaşma və yüksək səviyyəli hazırlıqla planlaşdırıldığı kimi davam edir. Zirvəyə aparan yol asan olmasa da, Sırxan Məmmədov və onun komandası qətiyyət, iradə və təcrübə ilə qarşıdakı çətinliklərin öhdəsindən gəlməyə hazırdır.

💪 Bütün iştirakçılara və Sırxan müəllimə uğurlar arzulayırıq! Azərbaycanın bayrağını 7134 metr yüksəklikdə dalğalandırmaq üçün addımlar atılır!

Ətraflı