AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA idmançısı Dubayda keçirilən “Oceanman 2025” dünya finalında Azərbaycanı təmsil etdi
AHİİTA idmançısı Dubayda keçirilən “Oceanman 2025” dünya finalında Azərbaycanı təmsil etdi

AHİİTA idmançısı Dubayda keçirilən “Oceanman 2025” dünya finalında Azərbaycanı təmsil etdi

733dekabr 10, 2025

5–7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan dünyanın ən nüfuzlu açıq suda üzgüçülük seriyalarından biri – “Oceanman 2025” yarışında Azərbaycanı AHİİTA-nın Döyüş Növləri və Fiziki Hazırlıq bölməsinin idmançısı, alpinist və üzgüçü Elnur Məmmədov layiqincə təmsil edib.

Bu ilki final mərhələsi Dubayın Kite Beach sahilində keçirilib və yarışa 93 ölkədən 2800-dən çox idmançı qatılıb. Proqram çərçivəsində 10 km, 5 km, 2 km məsafələr, estafet və uşaqlar üçün müxtəlif kateqoriyalar üzrə mübarizə aparılıb. Həm su temperaturu, həm də hava şəraiti açıq suda uzunməsafəli üzgüçülük üçün əlverişli olub.

İdmançımız Elnur Məmmədov 5 km məsafəni 2 saat 10 dəqiqəyə qət edərək yarışı uğurla başa vurub. Bu göstərici onun yüksək fiziki hazırlığının, iradəsinin və beynəlxalq yarış təcrübəsinin bariz nümunəsidir.

AHİİTA rəhbərliyi və komandası Elnur Məmmədovun “Oceanman 2025” kimi beynəlxalq arenada Azərbaycanı və təşkilatımızı ləyaqətlə təmsil etməsini yüksək qiymətləndirir. Onun əldə etdiyi nəticə ölkəmizin açıq suda üzgüçülük üzrə potensialının nümayişi olmaqla yanaşı, gənc idmançılar üçün də motivasiya mənbəyidir.

İdmançımıza uğurlar arzulayır, gələcək yarışlarda daha böyük nailiyyətlər qazanacağına inanırıq.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər