AHIITA
AHİİTA alpinistlərindən Heydər zirvəsinə uğurlu yürüş!

AHİİTA alpinistlərindən Heydər zirvəsinə uğurlu yürüş!

8July 15, 2025

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının bir qrup alpinisti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Qusar rayonunun Qızılqaya dağ massivində, 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.

Çətin hava şəraitinə və mürəkkəb relyefə baxmayaraq, həmkarlarımız böyük əzmkarlıq və iradə nümayiş etdirərək zirvəyə qalxmağı bacarıblar.

Bu yürüş Ulu Öndərin əziz xatirəsinə dərin hörmətin və gənclərə örnək olan mübarizə ruhunun ifadəsidir!


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6

Əlaqəli xəbərlər

“Qəbələ – İdman Paytaxtı 2025” çərçivəsində Qazan şəlaləsinə uğurlu hiking yürüşü!
Paylaşılıb: July 21, 2025 10:34

“Qəbələ – İdman Paytaxtı 2025” çərçivəsində Qazan şəlaləsinə uğurlu hiking yürüşü!

19 iyul 2025-ci il tarixində “Qəbələ – İdman Paytaxtı 2025” layihəsi çərçivəsində Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunun Vəndam kəndində yerləşən Qazan şəlaləsinə hiking (piyada yürüş) həyata keçirilib.

Tədbirin əsas məqsədi sağlam həyat tərzini təşviq etmək, ekoloji şüuru artırmaq və regionun təbii gözəlliklərini tanıtmaq olub. Vəndam kəndindən başlayan marşrut meşəlik və dağlıq əraziləri əhatə edərək təxminən 6 kilometr məsafəni qət edib. Çətinliyi orta səviyyədə qiymətləndirilən yürüş zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimləri Faiq Mursaqulov və Etibar Məmmədov, eləcə də AHİİTA-nın üzvləri yürüşdə fəal iştirak edərək öz peşəkarlıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, çətin relyefə malik bu marşrutu ilk dəfə uğurla keçən qrup məhz AHİİTA komandası olub! Yürüş boyunca iştirakçılar təbiətə hörmətli yanaşma və ekoloji davranış qaydaları barədə məlumatlandırılıb. Təcrübəli bələdçilərin müşayiəti ilə həyata keçirilən bu layihə regionun idman və ekoturizm potensialının inkişafına dəyərli töhfədir.

Ətraflı
7134 metrə aparan yol: Akklimatizasiya mərhələləri uğurla tamamlanır
Paylaşılıb: July 21, 2025 05:31

7134 metrə aparan yol: Akklimatizasiya mərhələləri uğurla tamamlanır

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Sırxan Məmmədovun rəhbərliyi ilə həyata keçirilən #PamirExpedition2025 layihəsi uğurla davam edir.

Bu möhtəşəm ekspedisiyanın məqsədi Qırğızıstanın Pamir dağ silsiləsində yerləşən Lenin zirvəsi (7134 m)-ni fəth etməkdir. Ekspedisiya çərçivəsində akklimatizasiya proqramının ilk iki mərhələsi müvəffəqiyyətlə başa çatıb:

🔺 1-ci mərhələdə iştirakçılar 4000 metrdən yüksək iki ayrı zirvəyə texniki çıxış edərək bədənin yüksəkliyə uyğunlaşmasını təmin ediblər.
🔺 2-ci mərhələdə isə 4400 metrdə yerləşən 1-ci düşərgəyə yürüş baş tutub və Yuxin zirvəsinə (5130 m) uğurlu akklimatizasiya çıxışı həyata keçirilib.

Bu akklimatizasiya mərhələləri ekspedisiyanın təhlükəsiz və planlı şəkildə davam etməsi üçün əsas rol oynayır. Bədənin yüksəkliyə uyğunlaşması və fiziki hazırlıq zirvəyə doğru təhlükəsiz yüksəlişin zəmanətidir.

Ekspedisiya peşəkar yanaşma və yüksək səviyyəli hazırlıqla planlaşdırıldığı kimi davam edir. Zirvəyə aparan yol asan olmasa da, Sırxan Məmmədov və onun komandası qətiyyət, iradə və təcrübə ilə qarşıdakı çətinliklərin öhdəsindən gəlməyə hazırdır.

💪 Bütün iştirakçılara və Sırxan müəllimə uğurlar arzulayırıq! Azərbaycanın bayrağını 7134 metr yüksəklikdə dalğalandırmaq üçün addımlar atılır!

Ətraflı