Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində baş tutan “Kürü Keçək?!” açıq suda üzmə yarışında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) İdman işinin təşkili və təlim şöbəsinin aparıcı mütəxəssisi Niyazi Məmmədov iştirak edib.
Bu yarış ölkəmizdə üzgüçülüyün inkişafına, sağlam həyat tərzinin təşviqinə və gənclərin idmana marağının artırılmasına yönəlib. AHİİTA nümayəndələrinin belə tədbirlərdə iştirakı həm idman hərəkatına dəstək baxımından, həm də təcrübə və əməkdaşlığın gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.












