AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA-nın üzvü Elnur Məmmədov X-WATERS Volga 2025 Yarışında Azərbaycanı Təmsil Edib
AHİİTA-nın üzvü Elnur Məmmədov X-WATERS Volga 2025 Yarışında Azərbaycanı Təmsil Edib

AHİİTA-nın üzvü Elnur Məmmədov X-WATERS Volga 2025 Yarışında Azərbaycanı Təmsil Edib

88iyul 28, 2025

26 iyul 2025-ci il tarixində Rusiyanın Nizhniy Novgorod şəhərində keçirilən beynəlxalq X-WATERS Volga açıq su üzgüçülük festivalında Azərbaycanı AHİİTA-nın Alpinizm Komandasının üzvü Elnur Məmmədov uğurla təmsil edib.

Tədbir çərçivəsində Elnur Məmmədov Volqa çayının güclü axını və dəyişkən hava şəraiti fonunda təşkil olunan 5.5 kilometrlik məsafəni uğurla qət edərək həm fiziki gücünü, həm də yüksək dözümlülüyünü nümayiş etdirib.

Qeyd edək ki, Elnur Məmmədov daha öncə də açıq su üzgüçülüyü sahəsində bir sıra beynəlxalq uğurlara imza atıb. O, Türkiyədə keçirilən və dünyanın ən nüfuzlu açıq su yarışlarından sayılan Bosphorus (Boğaziçi)Dardanell (Hellespont) boğazı üzgüçülük marafonlarını da uğurla başa vurub.

Bu nəticə həm Elnur Məmmədovun fərdi nailiyyəti, həm də ölkəmizin idman sahəsində beynəlxalq arenada tanınmasının bariz nümunəsidir. AHİİTA olaraq, komandamızın üzvünü bu uğur münasibətilə təbrik edir, gələcək idman fəaliyyətlərində ona yeni-yeni zirvələr arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər