28 avqust 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Sırxan Məmmədovun rəhbərliyi ilə təşkil olunan ekspedisiya çərçivəsində alpinistlərimiz Gürcüstanda yerləşən Kazbek dağına (5054 m) uğurlu yürüş həyata keçiriblər.
Ekspedisiya heyəti 6 nəfər azərbaycanlı alpinistdən və Türkiyədən qatılan əlavə 3 nəfərlik qrupdan ibarət olub.
Sərt külək, soyuq və ağır hava şəraitinə baxmayaraq, uzun və çətin marşrutu qət edən iştirakçılar dağı fəth etməklə öz dözüm və iradələrini bir daha sübut ediblər. Bu alpinist yürüşü yalnız idman uğuru deyil, həm də beynəlxalq dostluq və həmrəyliyin təcəssümü oldu.
AHİİTA adından ekspedisiya heyətinə, xüsusilə Türkiyədən qatılan dostlara təşəkkür edirik. Onların iştirakı səfəri daha da mənalı və yaddaqalan etdi.