AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA-nın alpinizm üzrə məşqçi-müəllimi beynəlxalq Arktika marşrutunu uğurla keçib
AHİİTA-nın alpinizm üzrə məşqçi-müəllimi beynəlxalq Arktika marşrutunu uğurla keçib

AHİİTA-nın alpinizm üzrə məşqçi-müəllimi beynəlxalq Arktika marşrutunu uğurla keçib

1330yanvar 7, 2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimi Sırxan Məmmədov Arktikada təşkil olunan növbəti beynəlxalq ekspedisiyanı uğurla başa vurub.

Finlandiyanın Laplandiya bölgəsində keçirilən Hetta–Pallas marşrutu üzrə yürüş 55 kilometr məsafəni əhatə edib və 4 gün davam edib. Sərt arktik iqlim şəraitində reallaşan ekspedisiya zamanı iştirakçılar –20 / –30°C temperatur, güclü şaxta, kəsici küləklər və çətin relyeflə üz-üzə qalıblar. Marşrutun maksimum hündürlüyü Pallas fellərində 800 metr təşkil edib.

Bu yürüş yüksək fiziki dözümlülük, peşəkar hazırlıq və komanda ruhunun bariz nümunəsi olmaqla yanaşı, AHİİTA-nın alpinizm və ekstremal idman sahəsində beynəlxalq səviyyədə uğurla təmsil olunmasını bir daha nümayiş etdirir.

AHİİTA olaraq məşqçi-müəllimimiz Sırxan Məmmədovu bu əhəmiyyətli nailiyyət münasibətilə təbrik edir, gələcək ekspedisiyalarda və yeni zirvələrin fəthində ona uğurlar arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6

Əlaqəli xəbərlər