AHIITA
AHİİTA Ailəsinin Gənc Çempionu – Ayla Məmmədli!

AHİİTA Ailəsinin Gənc Çempionu – Ayla Məmmədli!

9July 14, 2025

Abşeron Olimpiya İdman Kompleksində keçirilən U-14 yeniyetmələr arasında Liqa yarışının I turu uğurla başa çatıb. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yetirməsi Ayla Məmmədli (-40 kq) möhtəşəm performans göstərərək qızıl medal qazanıb.

Yarışda 101 klub və idman cəmiyyətindən 545 cüdoçu iştirak edib. Ayla Məmmədli bu böyük rəqabət şəraitində fərqlənərək AHİİTA-nın adını yüksəldib. Onun məşqçi-müəllimi Mətanət Süleymanova da bu uğurda böyük rol oynayıb.

İlin sonuna qədər keçiriləcək turlar əsasında reytinq cədvəli formalaşacaq və AHİİTA idmançılarının nailiyyətlərinin davam edəcəyi gözlənilir.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər