AHIITA
AHİİTA cüdoçuları beynəlxalq arenada növbəti uğura imza atıblar

AHİİTA cüdoçuları beynəlxalq arenada növbəti uğura imza atıblar

63iyul 30, 2026

25-26 iyul tarixlərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən U-14 və U-16 yaş kateqoriyaları üzrə Avropa Cüdo Ümidləri Turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) cüdoçuları uğurlu çıxış edərək növbəti beynəlxalq uğura imza atıblar.

U-14 yaş kateqoriyası

Gülay Ağayeva (-40 kq) bürünc medal

Ayla Məmmədli (-48 kq) qızıl medal

U-16 yaş kateqoriyası

Kənan Gəncəliyev (-50 kq) gümüş medal

İsmayıl Həsənli (-73 kq) bürünc medal

Bu əlamətdar nailiyyət münasibətilə idmançılarımızı və onların şəxsi məşqçi-müəllimləri – Əməkdar məşqçi Mətanət Süleymanovanı və Yunus Yunusovu təbrik edir, gələcək yarışlarda yeni uğurlar və parlaq qələbələr arzulayırıq.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən 81 klubu təmsil edən 289 cüdoçu mübarizə aparıb.

AHİİTA ailəsi olaraq idmançılarımızla qürur duyuruq!


Fotoşəkillər

item-0
item-1
item-2
item-3

Əlaqəli xəbərlər