AHIITA
Cüdoçumuz Bakı şəhər birinciliyinin gümüş medalçısı olub

Cüdoçumuz Bakı şəhər birinciliyinin gümüş medalçısı olub

54oktyabr 29, 2026

Oktyabrın 27-də Abşeron Olimpiya Kompleksində cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi keçirilib. 34 klub və idman cəmiyyətindən 200 cüdoçunun (162 oğlan, 38 qız) iştirak etdiyi yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı Qızılgül Əkbərova uğurlu nəticə göstərib.

İdmançımız 57 kq çəki dərəcəsində gümüş medal qazanaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

İdmançımızı və onun şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər