AHIITA
U-14 Liqasının I turunda iki medal

U-14 Liqasının I turunda iki medal

83fevral 24, 2026

21–22 fevral tarixlərində Abşeron Olimpiya İdman Kompleksi-ndə keçirilən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının I turu başa çatıb.

AHİİTA-nın yeniyetmə cüdoçuları yüksək nəticələrlə yadda qalıblar:

Ayla Məmmədli (44 kq) – qızıl medal
Gülay Ağayeva (36 kq) – gümüş medal

İdmançılarımızı və onların şəxsi məşqçi-müəllimi, əməkdar məşqçi Mətanət Süleymanovanı təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.

Yarışda 94 klub və idman cəmiyyətindən 586 cüdoçu (488 oğlan, 98 qız) 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Qeyd edək ki, 2026-cı ildə U-14 Liqasının ümumilikdə 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayacaq.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3

Əlaqəli xəbərlər