AHIITA
AHİİTA cüdoçuları ACF Kubokundan medallarla döndülər

AHİİTA cüdoçuları ACF Kubokundan medallarla döndülər

63oktyabr 26, 2026

Oktyabrın 24-də Abşeron Olimpiya İdman Kompleksində U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. Yarışda 58 klub və idman cəmiyyətini təmsil edən 248 cüdoçu (197 oğlan və 51 qız) mübarizə aparıb.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını (AHİİTA) təmsil edən idmançılar yarışda uğurlu nəticələr əldə ediblər.

Ayla Məmmədli — 48 kq çəki dərəcəsində I yer

Gülay Ağayeva — 40 kq çəki dərəcəsində III yer

Ne-vaza cüdonun yerüstü mübarizə (parter) texnikalarını əhatə edən istiqamətidir. Bu növdə idmançılar saxlama, boğma və ağrılı fəndlərdən istifadə edərək rəqib üzərində üstünlük qazanmağa çalışırlar. Ne-vaza üzrə hazırlıq cüdoçuların hücum və müdafiə bacarıqlarının, eləcə də taktiki hazırlığının inkişafına xidmət edir.

İdmançılarımızı və onların şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər