AHIITA
AHİİTA cüdoçusu U-14 Liqa yarışının qalibi oldu

AHİİTA cüdoçusu U-14 Liqa yarışının qalibi oldu

85may 24, 2026

Mayın 23-də Abşeron Olimpiya İdman Kompleksində start götürən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turunda idmançımız Ayla Məmmədli uğurlu çıxışı ilə yadda qalıb.

Gənc cüdoçumuz 44 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) olaraq idmançımız Ayla Məmmədlini və şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər