AHIITA
AHİİTA idmançıları Avropa Cüdo Turnirində fərqləndi

AHİİTA idmançıları Avropa Cüdo Turnirində fərqləndi

21July 28, 2025

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş Bakı Avropa Cüdo Ümidləri Turniri uğurla başa çatdı. AHİİTA-nın təmsilçiləri burada göstərdikləri əzmkar mübarizələr və yüksək peşəkarlıqla fərqlənərək ölkəmizi şərəfləndirdilər.

U-13 yaş kateqoriyasında aşağıdakı nəticələr əldə olunub:

  • Gülay Ağayeva – 1-ci yer (-32 kq)

  • Ayla Məmmədli – 2-ci yer (-40 kq)

Bu uğurlu nəticələrdə məşqçi-müəllim, əməkdar məşqçi Mətanət Süleymanovanın əməyi xüsusi qeyd olunur. Onun peşəkar hazırlığı və dəstəyi gənc idmançılarımızın beynəlxalq arenada uğur qazanmasına şərait yaradıb.

Turnirdə 12 ölkədən ümumilikdə 436 idmançı (364 oğlan, 72 qız) iştirak edib. Yarış çərçivəsində dünya və Avropa səviyyəli texniki sessiyalar da təşkil olunub.

Gənclərimizin uğurları bizi qürurlandırır və onlara yeni zirvələrə doğru uğurlar arzulayırıq.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər