Almaniyada keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) final görüşündə İspaniya təmsilçisi Suarez Garrosa üzərində ipponla qələbə qazanaraq 10-cu dəfə Avropa çempionu tituluna sahib olub.
İlham Zəkiyev eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Layiqli Əmək Səfiri olaraq ölkəmizi və idmanımızı layiqincə təmsil edir.
Əfsanəvi idmançımızı bu möhtəşəm uğur münasibətilə təbrik edir, yeni qələbələr arzulayırıq.



















