Dekabrın 27-də Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinin fərdi yarışları keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində baş tutan turnirdə ölkənin ən perspektivli gənc cüdoçuları qüvvələrini sınayıblar.
Yarışda -44 kq çəki dərəcəsində çıxış edən AHİİTA-nın yetirməsi Ayla Məmmədli bütün rəqiblərinə qalib gələrək yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirib və Azərbaycan birinciliyinin qızıl medalına layiq görülüb.
Bu əlamətdar uğurun əldə olunmasında idmançının şəxsi məşqçi-müəllimi, əməkdar məşqçi Mətanət Süleymanovanın böyük zəhməti və peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır.
AHİİTA olaraq Ayla Məmmədlini və onun məşqçisini təbrik edir, gənc idmançımıza gələcək yarışlarda yeni qələbələr və uğurlar arzulayırıq.












