Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə həm böyüklər, həm də U-20 gənclər arasında Bakı şəhər çempionatı və birinciliyi gərgin mübarizə şəraitində başa çatmışdır.
Böyüklər arasında Bakı şəhər çempionatında 29 klub və idman cəmiyyətindən 14 çəki dərəcəsində 161 cüdoçu iştirak etmişdir. Turnirin keçirilməsində əsas məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıların seçilməsi olmuşdur.
+78 kq çəki dərəcəsində AHİİTA-nın təmsilçisi Zeynəbxanım Əsədova inamlı çıxış göstərərək 1-ci yerə layiq görülmüş və qızıl medalın sahibi olmuşdur.
U-20 Bakı şəhər birinciliyində 28 klub və idman cəmiyyətindən 180 cüdoçu tatami üzərinə çıxmışdır. Birinciliyin əsas məqsədi ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıların seçilməsi olmuşdur.
+100 kq çəki dərəcəsində AHİİTA-nı təmsil edən Murad Hüseynquliyev uğurlu çıxışı ilə 2-ci yerə yüksələrək gümüş medal qazanmışdır.
İdmançılarımızın qazandığı nailiyyətlərdə əməyi olan Əməkdar məşqçi Mətanət Süleymanova təbrik edilmiş, onun peşəkarlığı və gənc cüdoçuların hazırlanmasında göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir.











