U-17 yeniyetmələr arasında keçirilən Cüdo Liqası yarışının II turunda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təmsilçisi Qızılgül Əkbərova 52 kq çəki dərəcəsində tatamiyə çıxaraq bütün rəqiblərini məğlub edib və qızıl medalın sahibi olub.
Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilib. Ümumilikdə 94 klub və cəmiyyətdən 816 idmançının qatıldığı bu turda yüksək nəticə əldə etmək çətin olsa da, Qızılgül Əkbərova öz peşəkarlığı və əzmkarlığı ilə fərqlənib.Qeyd edək ki, Liqa yarışları 4 turdan ibarətdir və yarışlarda əldə olunan nəticələr əsasında yeniyetmə cüdoçuların reytinq siyahısı formalaşacaq.