AHIITA
Orxan Səfərov AHİİTA-da gənc cüdoçularla görüşüb

Orxan Səfərov AHİİTA-da gənc cüdoçularla görüşüb

26mart 19, 2026

Cüdo üzrə qitə çempionu, dünya çempionatının və Bakı 2015 Avropa Oyunlarının gümüş mükafatçısı Orxan Səfərov Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİİTA) idman zalında gənc cüdoçularla görüşüb və onların məşq prosesini yaxından izləyib.
İdmançılarla səmimi söhbət edən Orxan Səfərov öz idman yolundan, qazandığı uğurlardan, həmçinin cüdo idman növünün fəlsəfəsindən danışıb. Çıxışında qeyd edib ki, hər bir idmançı məşqlərə ciddi yanaşmalı, məşqçilərin tapşırıqlarını dəqiqliklə yerinə yetirməli və daim öz üzərində çalışaraq gələcək nailiyyətlərinin əsasını qoymalıdır.
Tədbirin sonunda idmançılarla xatirə şəkli çəkilib və qonağa Assosiasiya tərəfindən xüsusi hədiyyə təqdim olunub.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4

Əlaqəli xəbərlər