AHIITA
Zeynəbxanım Əsədovadan möhtəşəm qələbə

Zeynəbxanım Əsədovadan möhtəşəm qələbə

835dekabr 15, 2025

Abşeron Olimpiya İdman Kompleksində keçirilən 20 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyində möhtəşəm nəticə qeydə alınıb. 78+ kq çəki dərəcəsində mübarizə aparan AHİİTA-nın cüdoçusu Zeynəbxanım Əsədova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

Yüksək əzmkarlıq, peşəkarlıq və iradə nümayiş etdirən idmançımız yarış boyunca inamlı çıxışı ilə diqqət çəkib və ölkə birinciliyinin qalibi adını qazanıb. Bu uğur Azərbaycan cüdosunun inkişafının və gənc idmançıların potensialının bariz göstəricisidir.

Zeynəbxanım Əsədovanı bu əlamətdar qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, onun yetişməsində böyük əməyi olan şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı da bu uğur münasibətilə ürəkdən təbrik edirik.

İdmançımıza və məşqçisinə gələcək yarışlarda yeni qələbələr, davamlı uğurlar və daha böyük nailiyyətlər arzulayırıq.


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər