AHIITA
AHİİTA cüdoçusundan möhtəşəm qələbə

AHİİTA cüdoçusundan möhtəşəm qələbə

45mart 10, 2026

8 mart tarixində Abşeron Olimpiya İdman Kompleksində keçirilən U-17 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turuna yekun vurulub. Turnirdə 64 klub və idman cəmiyyətindən ümumilikdə 265 idmançı (222 oğlan, 43 qız) qüvvəsini sınayıb.

AHİİTA-nın cüdoçusu Qızılgül Əkbərova (57 kq) möhtəşəm çıxışı ilə qızıl medalın sahibi olub.

İdmançımızı və onun şəxsi məşqçi-müəllimi, əməkdar məşqçi Mətanət Süleymanovanı təbrik edir və yeni uğurlar arzulayırıq.

Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar olunması və dayanıqlı ehtiyat bazanın yaradılmasıdır.

2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaqlar.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər