AHIITA
AHİİTA ilə AGF arasında görüş keçirildi

AHİİTA ilə AGF arasında görüş keçirildi

102sentyabr 10, 2025

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Güləş Federasiyasının məsul şəxsləri, federasiyanın yaxın planlarından, güləşin inkişaf istiqamətlərindən və AHİİTA ilə əməkdaşlıq imkanlarından danışıblar. Onlar qeyd ediblər ki, ortaq layihələrin həyata keçirilməsi həm federasiya, həm də assosiasiya üçün idmanın inkişafında yeni imkanlar açacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar xanım Vahabzadə isə AHİİTA-nın indiki fəaliyyəti və gələcək planları barədə ətraflı çıxış edib, həmçinin federasiya ilə birgə həyata keçiriləcək layihələrin önəmini qeyd edib.

Görüşdə tərəflər idmanın, xüsusilə güləşin kütləviləşdirilməsi, gənc idmançıların hazırlanması və idman ictimaiyyətində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər