AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Üzv və Tabe Təşkilatları Arasında Görüş Keçirildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Üzv və Tabe Təşkilatları Arasında Görüş Keçirildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Üzv və Tabe Təşkilatları Arasında Görüş Keçirildi

105iyul 14, 2025

18 aprel 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) inzibati binasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA) arasında görüş keçirildi.

Görüşdə qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, eləcə də gələcəkdə ortaq tədbirlərin təşkili məsələləri müzakirə olundu. Tərəflər həmkarların fiziki aktivliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və idman sahəsində birgə təşəbbüslərin reallaşdırılması istiqamətində fikir mübadiləsi apardılar.

Tədbirdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxış edərək, həmkarlar ittifaqları arasında əməkdaşlığın vacibliyini və bu tip görüşlərin qarşılıqlı təcrübə mübadiləsinə imkan yaratdığını vurğuladı.

ATİAHİ RK-nın sədri Araz Paşayev və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımov çıxış edərək, hər iki təşkilatın potensialını birləşdirməklə uğurlu layihələrin həyata keçiriləcəyinə inandıqlarını bildirdilər.

Görüş səmərəli fikir mübadiləsi ilə davam etdi və qarşılıqlı əməkdaşlığın gələcək mərhələləri üçün ilkin razılaşmalar əldə olundu.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər