AHIITA
AHİİTA və Azərbaycan Boks Federasiyası arasında əməkdaşlıq görüşü keçirildi

AHİİTA və Azərbaycan Boks Federasiyası arasında əməkdaşlıq görüşü keçirildi

66iyul 15, 2025

30 aprel 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Boks Federasiyası ilə əməkdaşlığa dair rəsmi görüş baş tutub.

Görüşdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə boks idman növünün inkişaf etdirilməsi, birgə idman layihələrinin həyata keçirilməsi, çempionat və turnirlərin təşkili, həmçinin gənclərin bu idman növünə marağının artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov bildirib:
“Azərbaycan Boks Federasiyası olaraq biz ölkədə boksun inkişafı və kütləviləşdirilməsi istiqamətində geniş fəaliyyət göstəririk. AHİİTA ilə əməkdaşlıq bu sahədə həm idmançılar, həm də gənclər üçün yeni imkanlar yaradacaq.”

AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımov isə qeyd edib:
“Biz AHİİTA olaraq həmkarlar arasında sağlam həyat tərzinin təşviqində boks kimi fiziki və mənəvi cəhətdən gücləndirici idman növlərinə xüsusi yer ayırırıq. Federasiya ilə birlikdə reallaşdıracağımız layihələr gənclərin inkişafı və idman dəyərlərinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.”

Bu görüş, gələcəkdə yerli və beynəlxalq səviyyədə ortaq idman təşəbbüslərinin gerçəkləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər